Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün səhər saat 06:00 radələrində Koroğlu metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı qadın Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
***09:50
Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.
Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
***
Bakı şəhərDYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, hadisə saat 06:10 radələrində Nizami rayonu Heydər Əliyev prospektində baş verib:
“JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Görüntüləri təqdim edirik:















