Fars körfəzi və Hörmüz boğazında yeni bir mərhələ formalaşmaqdadır.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu, İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin bəyanatında öz əksini tapıb.
Onun sözlərinə görə, “artıq təkcə dünya ictimai rəyində və region xalqları arasında deyil, hətta ölkələrin sultanları və hakimləri üçün də aydın oldu ki, Amerika kimi yad qüvvələrin Fars körfəzi torpaqlarında mövcudluğu regionda ən böyük təhlükə mənbəyidir”.
“Amerikanın zahirən içi boş hərbi bazaları belə öz təhlükəsizliyini təmin etmək gücündə deyil, o ki qaldı regiondakı tərəfdaşlarının və Amerikapərəst qüvvələrin təhlükəsizliyini təmin etsin”, – o vurğulayıb.
İranın Ali Rəhbəri əlavə edib ki, “müqavimət” və “güclü İran” strategiyaları sayəsində əldə olunmuş “bu qələbələr zənciri” regionda və dünyada yeni bir nizamın başlanğıcı olacaq.