pasinyan nilo

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolları üzərində Rusiyanın nəzarətinin dəyişdirilməsinin vacibliyini bildirib.

Globalinfo.az xəbər verir ki, Paşinyan hazırda “Cənubi Qafqaz Dəmir Yolları” tərəfindən idarə olunan Ermənistan dəmir yollarında güzəşt modelinin yenilənməsinin zəruriliyini qeyd edib.

O vurğulayıb ki, Rusiya ilə Qərb arasında sanksiya gərginliyi mövcud idarəetmə modeli üçün risklər yarada bilər.

Paşinyanın sözlərinə görə, bu risklər beynəlxalq şirkətlərin alternativ marşrutlara yönəlməsinə və nəticədə Ermənistan dəmir yollarının üstünlüklərinin azalmasına səbəb olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: