Meksika Quqlu məhkəməyə verir – Ərazi böhranı

Meksika Quqlu məhkəməyə verir - Ərazi böhranı

Meksika Quql (“Google”) şirkətini məhkəməyə verə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum məlumat yayıb.

Buna səbəb Meksika körfəzinin adının Quqlda dəyişdirilərək Amerika körfəzi kimi təqdim olunmasıdır.

“Əgər Quql təkid etməyə davam etsə, biz onları məhkəməyə verəcəyik. Onlar Meksika körfəzini Amerika körfəzi olaraq adlandırırlar, özü də elə bizim ərazilQuərimizdə. Hazırda bizim şirkətlə mübahisəmiz gedir”, – Şeynbaum əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az