Kopenhagendə tarixi bina yanır – VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Yanğın nəticəsində 17-ci əsrə aid binanın qüllə hissəsi uçub. Qüllənin təmirdə olduğu bildirilib.

Sözügedən binada hazırda Danimarkanın ticarət palatasının Baş qərargahı yerləşir.