1757766034 tramp modern.az

“Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına zərbə endirəcəyinə inanmıram”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Ağ Ev rəhbəri həmçinin Rusiya və Ukraynanın münaqişəni həll edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, dekabrın 29-da Novqorod vilayətində Putinin iqamətgahına pilotsuz təyyarələrlə hücum edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 91 pilotsuz təyyarə məhv edilib. Lakin Volodimir Zelenski Kiyevin hücumda iştirakını etiraf etməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: