
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada təmsilçimiz qələbə qazanıb. Azərbaycan təmsilçisi görüşdə minimal hesablı qələbəyə sevinib.
***
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada hesab açılıb. Komandamızın heyətində 78-ci dəqiqədə L.Andrade fərqlənib.
***
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmada 51-ci dəqiqədə təmsilçimiz penalti vurmaq imkanı qazanıb. “Qarabağ”ın heyətində Ramil Şeydayev zərbəni dəqiq yerinə yetirə bilməyib.
***
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmanın ikinci hissəsi start götürüb.
***
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərsizliklə yekunlaşıb.
***
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşma start götürüb.
***
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq Azərbaycanın “Qarabağ” və Belçikanın “Gent” komandalarının start heyətləri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Luka Quqeşaşvili, Julio Romao, Marko Yankoviç, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alacaqlar.
Belçika təmsilçisinin heyətində isə meydana Deyvi Rof, Cozef Okumu, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Villi Orban, Cordan Torunariqa, Sven Kums və Bruno Qodo çıxacaqlar.
Matçı isveçrəli baş hakim Məhəmməd Al-Hakim idarə edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq.
“Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın “Marsel” komandasına məğlub olaraq avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.














