“Bayıl ərazisində, ağaclıqda qalan vətəndaş əvvəl də əməkdaşlarımız tərəfindən aidiyyəti müəssisələrə yerləşdirilib”.
Globalinfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.
“Vətəndaşın müvafiq müəssisəyə yerləşməsi üçün sosial qiymətləndirmə aparılıb və müalicəsi üçün təcili yardım əməkdaşlarına müraciət edilib. Müalicə prosesinin ardınca, özünün razılığı olarsa, sosial reabilitasiyası üçün də davamlı proses həyata keçiriləcək”, – deyə M. Həşimov qeyd edib.














