
Səudiyyə Ərəbistanının Kral Kubokunun finalında “Əl-Hilal” penaltilər seriyasında “Əl-Nəsr” üzərində qələbə qazanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşün final fitindən sonra “Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldo qazona uzanaraq ağlamağa başlayıb.
Məğlubiyyətlə barışa bilməyən 39 yaşlı futbolçuya komanda yoldaşları və klub işçiləri təsəlli verməyə çalışıb.














