“Komandalarımızın maliyyə problemləri var” – Qurban Qurbanov

"Komandalarımızın maliyyə problemləri var” - Qurban Qurbanov

“Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı”.

Globalinfo.az xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

İcraiyyə Komitəsinin üzvü bildirib ki, müzakirə edilən fikirlərin hamısını həyata keçirmək heç də asan deyil:

“Müəyyən detallar var idi ki, hər birimiz bu barədə fikirlərimizi bölüşdük. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Futbolumuzun inkişafı üçün planlar var. Premyer Liqada çıxış edən komandalarımızın büdcə ilə bağlı problemləri var. Gələcək illərdə həmin komandaların infrastrukturlarının yaxşılaşdırılması nəzərə alındı. Komanda sayında isə hələ ki dəyişiklik olmayacaq”.

“Önəmli mövzular müzakirə olundu. Yekun qərar isə komanda sayının artırılmaması oldu. Səbəb isə aşağı liqadakı komandaların maliyyə məsələləridir. “Qəbələ” klubunun liqanı tərk edəcəyi dəqiqləşdi. Hətta deyərdimki hazırda Premyer Liqada çıxış edəcək komanda isə 1-ci liqada çempion olan komanda olacaq”, – deyə Qurban Qurbanov qeyd edib.