Kolumbiya ABŞ-ın hərbi təyyarələrini geri qaytardı

Kolumbiya ABŞ-ın hərbi təyyarələrini geri qaytardı

Kolumbiya göyərtəsində təxminən 160 deportasiya edilmiş miqrantın olduğu iki ABŞ hərbi təyyarəsini geri qaytarıb.

Globalinfo.az verir ki, bu barədə Reuters məlumat yayıb.

“Kolumbiya bazar günü deportasiya olunan miqrantları daşıyan Cənubi Amerika ölkəsinə uçan ABŞ-ın iki hərbi təyyarəsini geri qaytarıb”, – nəşr bildirib.

Qeyd edilib ki, təyyarələrin hər biri göyərtəsində təxminən 80 miqrantla Kaliforniyanı tərk edib.

Kolumbiya təyyarələr Kaliforniyadan havaya qalxarkən onların icazələrini ləğv edib.

Qeyd edək ki, bundan öncə Kolumbiya Prezidenti Qustavo Petro deportasiya edilmiş vətəndaşları daşıyan ABŞ təyyarələrinin ölkəyə girişini qadağan etmişdi.

Globalinfo.az