putinn

Rusiya kəskin addımlar ata bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

“Yəqin ki, Rusiya Prezidenti Vladimir Putinin olduqca səbirli olduğunu və hər zaman incə ifadələrdən istifadə etməyə çalışdığını görmüsünüz. Lakin onun bütün fəaliyyəti və tarix göstərir ki, elə bir an gəlir ki, səbir kasası daşır. Həm o, həm də ölkəsi çox kəskin addımlar atmağa hazır olur.

Baxın, Ukrayna ilə nə baş verdi? Buna qədər vəziyyəti səbirlə yoluna qoymağa çalışırdılar. Ukraynanın Qərbə və NATO-ya yönəlməsi hələ mənim hakimiyyətdə olduğum dövrdə başlamışdı. Viktor Yuşenkonun dövründə bunu necə böyük bir səbirlə cilovlamağa çalışdıqlarını şəxsən görmüşəm. İndi Ermənistanda da eyni model tətbiq olunur”, – deyə o bildirib.

Köçəryan əlavə edib ki, Rusiyanın səbirli və təmkinli münasibəti çox vaxt yanlış anlaşılır və vəziyyəti 2-3 telefon zəngi ilə dəyişmək mümkün deyil.

O, daha əvvəl də səsləndirdiyi fikri təkrarlayaraq bildirib ki, Ermənistan əhalisinin 80 faizinin rifahı bu və ya digər formada Rusiya ilə bağlıdır:

“Əgər sən Ermənistanın maraqlarını müdafiə edirsənsə, bu, səni Rusiyanın agentinə çevirirmi? Mən tam əksini düşünürəm. Əgər bir ölkənin maraqlarına 180 dərəcə zidd siyasət yürüdülürsə, bunu necə adlandırmaq olar? Bəlkə əsl agent fəaliyyəti elə budur – öz xalqının və dövlətinin maraqlarına qarşı addımlar atmaq, başqa ölkələrin geosiyasi maraqları naminə Rusiyaya zərbə vurmaq və onu regiondan sıxışdırmağa çalışmaq?”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: