Ermənistanın sabiq prezidenti Robert Köçəryan Nikol Paşinyanla debata çıxmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə sabiq prezident mətbuat konfransı zamanı açıqlama yayıb.
Onun fikrincə, Paşinyan tərəfindən bu, sadəcə növbəti bir manevr idi.
“Mən Ermənistanın İctimai Televiziyasında hakim partiyaların deputatlarının iştirakını “görürəm”. Debatın məqsədi də, çox güman ki, bu olacaq: “Bir dəqiqəyə nə qədər çox yalan danışa bilərəm ki, düşmənin cavab verməyə imkanı olmasın?”. Mən bu cür debatlarda iştirakı mənasız hesab edirəm. Hər hansı bir fikrin varsa, onu səsləndir. Mən elə bu gün hamını buna görə toplamışam: fikrimi birbaşa çatdırmaq üçün”, – Köçəryan qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














