Ermənistanın ikinci prezidenti Robert Köçəryan ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərini sərt tənqid edərək bunu “təxribat” adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Keçmiş prezident bildirib ki, bu cür xarici səfərlər Ermənistanın daxili siyasi proseslərinə açıq müdaxilə xarakteri daşıyır. Onun sözlərinə görə, görüşlərin əsas məqsədi mövcud hakimiyyəti dəstəkləmək və onu ayaqda saxlamaqdır.
Köçəryan əlavə edib ki, belə təmaslardan ölkə üçün hər hansı ciddi və real nəticə gözləməyə dəyməz.
Tahir Turan
Globalinfo.az