Kobixadze Ermənistanda sülh sazişindən danışdı

“Rəsmi Tbilisi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına dəstək verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobixadze Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla görüşü zamanı deyib.

“Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir. Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağına ümid edirik.  Gürcüstan da öz növbəsində regionda sülhün və sabitliyin bərqərar olmasına dəstək göstərməyə hazırdır”, – İ.Kobixadze bildirib.

Görüşdə həmçinin Gürcüstan və Ermənistan arasındakı əlaqələr, əməkdaşlıq müzakirə edilib.

Əliyar Xəlil
Globalinfo.az