Kiyevin planları “suya düşdü”: “Yaxın 30 ildə bu, gözlənilmir”

“Ukraynanın yaxın 30 il ərzində NATO üzvü olması gözlənilmir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

“NATO-nun əvvəlki sammitlərində verilən qərarları bilirsiniz. Ukraynanın yaxın zamanda üzv olması gözlənilmir. Yəqin ki, önümüzdəki 30 ildə mümkün olmayacaq”, – kansler bildirib.

Bundan əvvəl Almaniyanın Kiyevdəki səfiri Martin Yaqer Ukraynanın hərbi münaqişə başa çatana kimi NATO-ya üzvlüyünün mümkün olmadığını, alyansın səylərinin hazırda Kiyevi döyüş meydanında dəstəkləməyə yönəldiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az