kamis

“Polşa Ukraynadan yeni korrupsiya qalmaqalı ilə bağlı izahat gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

O, Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın evində aparılan axtarışlarla bağlı son xəbərləri şərh edib .

“Bu, Ukrayna da, Qərbi Avropa üçün də yaxşı xəbər deyil. Korrupsiyaya qarşı şəffaflıq olmadan Avropa İttifaqına (Aİ) daxil olmaq mümkün olmayacaq “, – Kosinyak-Kamış vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: