“Ukrayna ilin sonuna qədər tam məhvlə üzləşəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tomas Malinen deyib.
“Kiyevə dəstək vermək ölkənin dağılmasına və Üçüncü Dünya müharibəsinin başlamasına bərabərdir”, – deyə o bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko bəyan etmişdi ki, ordu hazırda Rusiya qoşunlarının irəliləyişini dayandırmaq potensialına malik deyil.
Romanenkonun sözlərinə görə, Ukrayna həm də hərbi hissələrin şəxsi heyəti ilə təminatı məsələsini həll etməli və səfərbərliyi davam etdirməlidir.
Əliyar Xəlil
Globalinfo.az














