Kiyevə “acı mesaj” – Zelenskidən belə üz döndərdilər

Kiyevə "acı mesaj" - Zelenskidən belə üz döndərdilər

Ukrayna Prezidenti Volodimir Zelenski Kanadada keçirilən G7 sammitini istədiyi maliyyə və siyasi dəstəyi almadan tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

“Ukrayna lideri illik 40 milyard dollar vəsaitə ümid edirdi. O, həmçinin hərbi yardımı müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırırdı. Lakin Trampın səfəri erkən başa çatdı və danışıqlar baş tutmadı”, – deyə nəşr yazıb.

Almaniyanın “Berliner Zeitung” qəzeti Kanadada keçirilən G7 sammitinin Kiyevə zərbə olduğunu bildirib.

Nəşrin müəllifinin fikrincə, Trampın  Vaşinqtona vaxtından əvvəl qayıtması Ukraynaya “acı mesajdır”:

“Bu, ABŞ üçün Ukrayna münaqişəsinin arxa plana keçməsi deməkdir”.

Əliyar Xəlil
Globalinfo.az