EQDE4QT6GBKKDKRYMFHPZZ3OF4

NATO-nun baş katibi Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenskini Alyansın sammitinə dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Algemeen Dagblad” qəzeti məlumat yayıb.

Bildirilib ki, tədbir 24-25 iyun tarixlərində Haaqada keçiriləcək.

“Zelenski ABŞ Prezidenti Donald Tramp və digər NATO liderlərinin olacağı kral sarayında şam yeməyində iştirak edə bilər”, – deyə nəşr əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Zelenskinin NATO sammitinə dəvət edilməsinin əleyhinə olduğunu bildirilmişdi.

Ötən gün Mark Rutte isə Kiyevin Alyansa üzvlüyünə razılıq verildiyini xatırlatmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: