Kiyev üçün tarixi gün: NATO mühüm prosesə hazırlaşır

Kiyev üçün tarixi gün: NATO mühüm prosesə hazırlaşır

“NATO Patriot hava hücumundan müdafiə raket sistemlərini Ukraynaya təhvil vermək üçün müttəfiqlərini toplantıya hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Gələn həftə Ukrayna üçün “Patriot yığıncağı” keçiriləcək. Əsas məqsəd Rusiyadan davam edən raket hücumları qarşısında Ukraynanın hava hücumundan müdafiəsinə dəstək yollarını müzakirə etməkdir”, – deyə bildirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 9-da Kiyevin “Patriot”un verilməsini xahiş etdiyini təsdiqləyib. Bir gün əvvəl isə bildirib ki, “Patriot” sistemləri üçün raketlər artıq Ukraynaya verilir.

Əliyar Xəlil
Globalinfo.az