Kiyev gizli əməliyyatı açıqladı: Rusiya ağır itkilərini gizlədir

“Krımda sursat dolu anbarda partlayış Ukrayna Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələrinin əməliyyatının nəticəsidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov deyib.

“İşğal altındakı Krımda uğurlu əməliyyat keçirildi. Düşmən dəymiş zərərin miqyasını və canlı qüvvə baxımından itkilərinin sayını gizlədir. Krımdakı Ukrayna vətənpərvərlərinə təşəkkür”, – K.Budanov qeyd edib.

Tamerlan Yayaqan
Globalinfo.az