Rusiyanın işğalı altında olan Krım yarımadasında Starokrımski hərbi poliqonunda güclü partlayışlar baş verib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki. bu barədə məlumatı Krımın “rəhbəri” Sergey Aksyonov təsdiqləyib.
O bildirib ki, yanğının söndürülməsi üçün operativ qərargah qurulub. Yanğına görə Tavirida magistralında hərəkət məhdudlaşdırılıb.
Aksyonovun sözlərinə görə, Kirov rayonunda yerləşən poliqonun yaxınlığında yerləşən 4 yaşayış məntəqəsindən 2 mindən çox sakinin təxliyə edilməsi planlaşdırılır.
Qeyd edilir ki, Krım körpüsü və dəmiryol adi rejimdə çalışır və yanğın onların fəaliyyətinə təsir etməyib.
Partlayış və yanğının səbəbi açıqlanmır.