“Ukrayna İstanbuldakı danışıqlardan sonra Rusiya memorandumunu nəzərdən keçirmək üçün fasilə verib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva da Ukrayna memorandumunun müddəalarını ətraflı öyrənəcək.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar baş tutub. Görüş bir saatdan çox davam edib.
Əliyar Xəlil
Globalinfo.az