Paşinyan 1976-cı ilin xəritəsini niyə göstərdi? – Kiviryanın versiyası

“Paşinyan 1976-cı ilin xəritəsini göstərməklə cəmiyyəti çaşdırmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

O bildirib ki, Ermənistan bir çox ciddi problemlərlə üz-üzədir, bunun əsas günahkarı isə Nikol Paşinyandır.

“Paşinyan bu dəfə IV əsrdə Sezarın yanına gedən keşişləri hədəfə aldı. Tarixi və real Ermənistanla bağlı diskurs Paşinyanın simasında əsl günahkarı və məsuliyyəti gizlətməyə yönəlib. Ermənistan və ermənilər indiki vəziyyətə tarixi və real Ermənistanın toqquşması nəticəsində deyil, Paşinyanın savadsız siyasəti səbəbindən düşüblər. Lakin baş verənlərə rəğmən Ermənistan cəmiyyəti delimitasiyaya qarşı deyil”, – Kiviryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az