Kıvanç Tatlıtuğ Londona köçür – Səbəb

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer İngiltərəyə köçmək qərarı alıb.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün övladları Kurt Efenin Londonda təhsil alması üçün bu addımı atdığı bildirilib. Belə ki, Türkiyədəki işlərini həyata keçirtmək şərti ilə Kıvanç və Başak ilin çox hissəsini orada keçirəcəklər.

Xatırladaq ki, Kıvanç hazırda finala hazırlaşan “Aile” serialında rol alır.

Qeyd edək ki, daha əvvəl aktyorlar Bergüzar Korellə Halit Ergenç də eyni qərarı alaraq Londona köçüblər.