KİV: Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib – VİDEO

KİV: Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib – VİDEO

Taliban Durand xətti boyunca sərhəd postlarını ələ keçirməsi nəticəsində beş Pakistan əsgəri həlak olub.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sərhəddə gərginliyin kəskin artması ilə Əfqanıstanın Müdafiə Nazirliyi iddia edib ki, Talibanın başçılıq etdiyi qüvvələr Durand xətti boyunca, o cümlədən qeyri-sabit Kunar və Helmand əyalətlərində Pakistan ordusunun çoxsaylı postlarını ələ keçirib.

Bildirilir ki, davam edən sərhəd toqquşmalarında azı 5 Pakistan əsgəri həlak olub, ikisi yaralanıb. Sərhəd boyunca intensiv döyüşlər davam edir.