
Mark Rutte yaxın gələcəkdə NATO-nun yeni Baş katibi olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Hollandiyanın “NOS” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Onun namizədliyini bu vəzifə uğrunda mübarizədə yeganə rəqibi olan Rumıniya prezidenti dəstəkləyəcək.
“Mark Rutte NATO-nun yeni baş katibi olacaq. İndi Macarıstan da Ruttenin namizədliyini tam dəstəklədiyinə görə, biz ancaq digər namizəd Rumıniya prezidenti Klaus İohannisin reaksiyasını gözləyə bilərik”, – telekanal vurğulayıb.
Mənbələrin iddiasına görə, İohannis yaxın vaxtlarda NATO Baş katibliyinə Mark Ruttenin namizədliyini dəstəkləyəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az