454841ad 5bfd 4bb6 a4f1 15ff1656724f 825

Braziliyanın keçmiş prezidenti (2019-2022) dövlət çevrilişinə cəhdə görə daha əvvəl 27 ildən artıq həbs cəzasına məhkum edilmiş Jair Bolsonaroda dəri xərçəngi aşkarlanıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə “CNN Brasil” onun müalicə edən həkiminə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, dəri zədələri erkən aşkarlanıb: “O, vaxtaşırı müayinələrdən keçəcək və dərisinin digər nahiyələrində yarana biləcək zədələrə görə monitorinq olunacaq. Mövcud yaralar çıxarılıb, lakin dərisinin ümumi vəziyyətinə görə nəticələr hələ də ilkindir”.

Keçmiş prezidentə döş qəfəsi və qolunda dəri zədələri diaqnozu qoyulub.

Paylaş: