1664969915.putin reuters 1 16 9 1647773346 16 9 1654284994 16 9 1657219594 16 9 1661373758 16 9 1662985652 670x371 1

“Kiyevin NATO-dan gözlədiyi F-16 qırıcıları “Leopard” tankları kimi yanacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

NATO-nun Ukrayna müharibəsində iştirakı ilə bağlı sualı cavablandıran Rusiya Prezidenti şimal alyansının münaqişəyə cəlb olunduğunu söyləyib.

“Ukraynaya “Leopord” tankları verilib. “Leopord”lar yanır, dünən də yanmışdı. F-16-lar da yanacaq. Buna heç kəsin şübhəsi olmasın. Əgər F-16 təyyarələri Ukrayna hüdudlarından kənarda yerləşən hava bazalarında yerləşdiriləcəksə, lakin döyüş əməliyyatlarında istifadə olunacaqsa, biz onları necə vuracağımıza baxacağıq. Bu, NATO-nu münaqişəyə cəlb etmək üçün ciddi təhlükədir”, deyə Putin vurğulayıb.

Paylaş: