qadin

Türkiyəli müğənni və aktrisa Selen Görgüzel növbəti açıqlaması ilə gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, o,  qatıldığı proqramdan sonra jurnalistlərin suallarını cavablandırarkən qadın və kişinin bərabər olmadığını bildirib.

“Qadınla kişi bərabərdir deyən, məncə, doğrudan da axmaqdır. Biz eyni deyilik, amma Allah və qanun qarşısında eyni dəyərə sahibik. Amma tam eyni deyilik. Məsələn, sənin qaldırdığın masanı mən qaldıra bilmərəm, çünki fiziki gücüm çatmaz. Yaxud da mənim düşündüyümü sən düşünməyə bilərsən. Hamımızın genetikası, hormonları və hüceyrələri fərqlidir. Əlbəttə, hamımız insanıq, amma qadının da, kişinin də təbiətdə fərqli rolu var.

İndi deyirlər ki, guya kişilər də doğacaq. Belə şeylərlə oynamayın. Qoy, doğumu qadın etsin, qadın qadın kimi yaşasın.

Qoy, uşağına qadın baxsın, kişi isə işləyib evini dolandırsın. Sonra qadın da rahat şəkildə ailəsində xoşbəxtliyi təmin etsin. Axı yuvanı dişi quş qurar. Bu tarazlıq pozulub.

Feminizm adı altında səsləndirilən bəzi fikirlər bu tarazlığı daha da pozur. Sonra deyirik ki, niyə kişi tapa bilmirik? Belə davranışlarla, əlbəttə ki, tapa bilməzsiniz. Bəzən qadınlar da “O edirsə, mən də edərəm” deyirlər. Elədirsə, et, nə etmək istəyirsənsə et”, – deyə sənətçi etiraz edib.

Günel Cəlil
Globalinfo.az  

Paylaş: