Kişi pitonu dişləyərək öldürdü

Bir kişi ilanın ölümcül sarılmasından xilas olmaq üçün pitonun boğazını dişləməli olub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Filippində baş verib. Bolijulio Aleria adlı yerli sakin yolda motosiklet sürərkən 10 metrlik ilan ona tərəf sürünüb.

Motosikletçi sürünənə yol vermək və yoluna davam etmək istəyib. Lakin piton onun üstünə qaçıb və biləyindən dişləyərək zəhər ötürüb.

Kişi çarəsizlikdən ilanı boynundan dişləyib. Bu, döyüşün nəticəsini həll edib. Sürünən ölüb. Zərərçəkən son gücü ilə yaxınlıqdakı kəndə gedib və oradakı yerli sakinlər təcili yardım çağırıb. Xəstəxanaya yerləşdirilən kişi get-gedə sağalır.