Kirantsda bu yol da Azərbaycanın nəzarətinə keçdi

Kirantsda bu yol da Azərbaycanın nəzarətinə keçdi

Delimitasiya və demarkasiya prosesi nəticəsində Azərbaycanla sərhəd olan Kirants (Güney) kəndində əkin sahələrinə  gedən yol Azərbaycanın nəzarətinə keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə kənd sakinləri bildiriblər.

“Delimitasiyadan sonra əkin sahələrinə aparan yol da Azərbaycanın nəzarətinə keçdi. İnsanlar bu barədə danışmırlar. Həmin əkin sahələrinə 30 hektara yaxın taxıl səpilir”, – deyə sakinlər vurğulayıblar.

Müşviq Tofiqoğlu
Globalinfo.az