Kəndimizdən çıxan ermənilər tikililəri yandırır – VİDEO

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində demarkasiya prosesi zamanı Azərbaycanın nəzarətinə keçən ərazidə yaşayan sakinlər evlərini sökürlər. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Ermənistan seqmentində görüntülər yayılıb.

Məlumata görə, kəndin ərazisində demarkasiya zamanı Azərbaycan tərəfinə 4 ev düşür. Hökumət rəsmiləri burada yaşayan sakinlərə evlərini boşaltmalarını, onlar üçün kəndin Ermənistan tərəfində qalan hissəsində evin tikildiyini bildirib. Ərazini tərk etməyə hazırlaşan sakinlər isə evlərini sökməyə başlayıblar.

Sakinlərdən biri evini və həyətindəki tikilini yandırıb.

Ayşən Mustafa
Globalinfo.az