ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda respublikaçı qanunvericilər qarşısında çıxışı zamanı Venesuela Prezidenti Nikolas Maduronu onun “rəqsini” təqlid etməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə CBC News” məlumat yayıb.
Tramp bildirib ki, Maduronun davranışı onu təəssüfləndirir. ABŞ liderinin sözlərinə görə, Venesuela prezidenti ictimai çıxışlarında onun hərəkətlərini yamsılamağa çalışır.
“O, sərt oğlandır. O, ora çıxır və mənim rəqsimi bir az təqlid etməyə çalışır”, – deyə Tramp qeyd edib.
Bundan əvvəl “The New York Times” qəzeti mənbələrə istinadən yazıb ki, Maduronun mütəmadi olaraq ictimaiyyət qarşısında rəqs etməsi Tramp administrasiyasındakı bəzi şəxslərdə Venesuela liderinin onları məsxərəyə qoyduğu təəssüratını yaradıb.
Tahir Turan
Globalinfo.az