Kipr əməliyyatı: Qəddafi şəxsən mənə bildirdi ki…

Kipr əməliyyatı: Qəddafi şəxsən mənə bildirdi ki...

Kipr Sülh Əməliyyatında (1974-cü il) Türkiyəyə dəstək verən az ölkələrdən biri də Müəmmər Qəddafinin liderliyindəki Liviya olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu o dövrdə Türkiyənin Liviyadakı səfiri Uluç Özülkər “Anadolu”ya açıqlamasında deyib.

“Liviya o zaman bizə çox açıq şəkildə müraciət etdi. Onların iki çox böyük silah anbarı var idi. O zaman Liviya bütün silahlarını ABŞ-dan alırdı. Ona görə də ABŞ-la sıx əlaqədə idilər. Bu şərtlər altında Liviya o zaman anbarlarını bizim üzümüzə açdı. Şəxsən Qəddafi mənə bildirmişdi ki, hava məkanımız da açıqdır, nəyə ehtiyacınız varsa, gəlin götürün”, – keçmiş səfir bildirib.