Kimin Çen İnin bacısı hədələdi: “Bu, müharibə deməkdir”

kimin bacisi 1

“Koreya yarımadasında və regionda qüvvələr paritetinin pozulması dərhal müharibə demək olardı”.

Globalinfo.az xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnin bacısı Kim Yo Çjon deyib.

O bildirib ki, Pxenyanın nüvə qüvvələrini gücləndirmək xətti yeganə düzgün seçimdir:

“ABŞ, Cəbubi Koreya və Yaponiyanı keçirdiyi bu cür təhlükəli hərbi təlimlərin əhəmiyyətli dərəcədə artması təkcə dövlətimizin deyil, regionun sülh və təhlükəsizliyinə ciddi təhdid yaradıb”.