Kim Çen İn qızı ilə birlikdə aviabazada – FOTOLAR

Şimali Koreya lideri Kim Çen İn ölkəsinin Aviasiya Günü münasibətilə qızı ilə birlikdə Pxenyanın şimalındakı Sunçxon aviabazasında yoxlanış keçirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Kim Çen İn ziyarəti zamanı hava qüvvələrini “düşmən hərbi təhdidlərinə dərhal reaksiya verilməsi üçün” döyüş mövqeyini gücləndirməyə çağırıb.

Şimali Koreya lideri həmçinin, “gözqamaşdırıcı yeni era” vədi verib.

Eyni zamandA, Aviasiya Günü münasibətilə hərbi təyyarələrin nümunəvi uçuşu baş tutub.

Cənubi Koreyanın təhlillərinə görə, Şimalın hərbi hava qüvvələrinin ümumilikdə 810 döyüş təyyarəsi olmaqla 1 570 aviasiya vasitəsi var.

Şimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçiribŞimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçiribŞimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçiribŞimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçiribŞimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçirib