Kim Çen In: “Məqsədimiz dünyanın ən güclü strateji gücünə sahib olmaqdır”

Şimali Koreya lideri Kim Çen In ölkəsinin dünyanın ən güclü strateji gücünə sahib olmağı hədəflədiyini açıqlayıb.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim bunu noyabrın 18-də keçirilən qitələrarası ballistik raket sınağında iştirak edən hərbçilərin mükafatlandırma mərasimində deyib.

Lider Şimali Koreyanın güclü ordu qurmaq qabiliyyətini nümayiş etdirdiyinə diqqət çəkib:

“Bizim əsas məqsədimiz dünyanın ən güclü strateji qüvvəsinə sahib olmaqdır”.