
Türkiyənin İstanbul şəhərində Bebek səmtində Arnavutköy küçəsində restoranın yerləşdiyi estakada çöküb.
Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər dənizə düşüb.
Hadisə nəticəsində xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis, təcili yardım xidmətinin əməkdaşları cəlb edilib, xilasetmə işləri aparılır.
Faktla bağlı araşdırma aparılır.