Kılıçdaroğlunu 110 ilədək həbs gözləyir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ona qarşı müxtəlif zamanlarda qaldırılan 28 iddiadan dolayı yaxın günlərdə saxlanıla bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, əvvəllər deputat kimi toxunulmazlığı səbəbindən bəzi işlərin icraatı dayandırılıb.

Siyasətçi, əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına nalayiq ifadələr, təhqirlər işlətməsi səbəbindən ümumilikdə 110 ilədək müddətinə həbs edilə bilər.