Kılıçdaroğludan CHP-nin qurultay qərarına reaksiya

Kılıçdaroğludan CHP-nin qurultay qərarına reaksiya

CHP-nin sabuq sədri Kamal Kılıçdaroğlu ötən gün partiyanın açıqladığı qurultay qərarı ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, qərardan sonra Kılıçdaroğlu X paylaşımında bunları yazıb:

“Cümhuriyyət Xalq Partiyası quruluşdur, qurtuluşdur və ümiddir. İlk müqavimət və alınmaz son qaladır. Qanunsuz müdaxilələrə məruz qala bilməz. Cümhuriyyət Xalq Partiyasının hörmətli sədrini və Mərkəzi İdarə Heyətini qəbul etdikləri fövqəladə qurultay qərarına görə təbrik edirəm. Bu qaranlıq və çətin günləri birlikdə, əl-ələ, çiyin-çiyinə aşacağıq”.

Qeyd edək ki, CHP sədri Özgür Özəl partiyaya qəyyum təyin edilməməsi üçün aprelin 6-da növbədənkənar qurultay keçirəcəklərini bildirib.

Gülnar Səlimova
Globalinfo.az