CHP-nin qapalı iclası: Kılıçdaroğlu deyib ki…

Türkiyənin tanınmış aparıcısı Fatih Altaylının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, Türkiyə prezidentliyinə əsas namizədlərdən olan Kamal Kılıçdaroğlu ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Altaylı CHP-nin son iclasındakı müzakirələrlə bağlı məlumatlar yayıb.

Məlumata əsasən, Kamal Kılıçdaroğlu bir daha prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb:

“Bu mənim sonuncu namizədliyim idi. Bir daha prezidentlik daxil hər hansı bir vəzifə üçün namizədliyimi irəli sürməyəcəyəm. Seçkinin nə vaxt keçirilməsinin fərqi yoxdur, namizəd olmayacağam”.

F.Altaylı partiyanın digər üzvü Əkrəm İmamoğlunun sədr postuna keçmək üçün deyildiyi qədər həvəsli olmadığını bildirib. O, hazırda partiya daxilində passivliyin və ruh düşkünlüyünün yaşandığını söyləyib.

Ayşən Mustafa
Globalinfo.az