Uels şahzadəsi Keyt Middleton iyulun 14-də kişi tennisçilər arasında keçiriləcək “Uimbldon” turnirinin final oyunlarında iştirak edəcək.
Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kensinqton Sarayı məlumat yayıb. Şahzadə turnirin qalibinə “Uimbldon” kubokunu təqdim edəcək.
Bununla da bu ilin əvvəlində qarın nahiyəsindən əməliyyat olan və daha sonra xərçəng diaqnozu qoyulan K.Middleton xəstəliyindən bu yana ikinci dəfə ictimaiyyət qarşısına çıxacaq.
O, ötən ay Kral Çarlzın rəsmi ad günü mərasimində iştirak edib.














