Keşişin “tarixi mitinqi” başladı: İrəvanda hökumət binası mühasirəyə alınıb – VİDEO


“Vətən naminə Tavuş” hərəkatının İrəvanın Respublika meydanında hökumət əleyhinə mitinqi başlayıb.

Globalinfo.az xəbər verir ki, iştirakçılar üç istiqamətdən mərkəzi meydana doğru yürüş ediblər. Bir qrup gənc də müxtəlif istiqamətlərdə yürüş keçirərək aksiyaya qoşulub.

İrəvanda hökumət binası yaxınlığında, Respublika meydanında böyük polis qüvvələri cəmlənib.

Məlumatda bildirilib ki, Baqrat Qalstanyan mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu və mitinqdə atacağı qəti addımı açıqlayacağını bildirib.

Qeyd edək ki, Baqrat Qalstanyan iyunun 9-da İrəvanda böyük mitinq keçirəcəyini açıqlamışdı.