Ermənistanın ikinci böyük şəhəri hələ ki “tutulmayıb” – Markedonovdan mesaj

untitled 4 thumb thumb thumb.thumb

“Ermənistandakı etiraz hərəkatı elə həddə çatıb ki, artıq başqa səviyyəyə keçməlidir. Təbii ki, onun liderləri  təşəbbüslərinin aşağı düşməsini istəmirlərsə, bunu etməlidirlər. Bu arada hərəkat fəalları özlərində ictimai və media marağını saxlamaq üçün yollar və vasitələr axtarırlar”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“İyunun 5-da hamını mitinqə çağırıblar. Aksiya Ermənistan paytaxtının mərkəzində keçirilməlidir. Qalstanyanın mühüm çıxışının olacağı açıqlanıb. Mitinqin təşkilatçıları bildirirlər ki, bu çıxış sosial vəziyyəti kökündən dəyişdirərək taleyüklü xarakter almalıdır. Hərçənd Ermənistan hakimiyyəti “Vətən naminə Tavuş” hərəkatının tənəzzülə uğradığını bildirir. Bu barədə Nikol Paşinyanın aparat rəhbəri Arayik Arutyunyan deyib. Amma Baş nazir və komandasının hərəkatın miqyasının azaldılmasında maraqlı olduğu heç kimə sirr deyil”.

Markedonovun sözlərinə görə, Qalstanyan Ermənistanın ikinci böyük şəhəri olan Gümrünü hələ də ələ almağa nail olmayıb.

“Təbii fəlakətlərin nəticələri də müxalifətçilərə kömək etmir. Ölkənin sadə vətəndaşları böyük geosiyasətdən daha çox kiçik problemlərinin həllində maraqlıdırlar. Bu şəraitdə xalqın müxalifətə kütləvi dəstəyini təmin etmək çətindir. Ona görə də iyulun 9-da Qalstanyanın İrəvandakı çıxışının bir növ dönüş nöqtəsi olub-olmayacağını gözləmək qalır”, – deyə rusiyalı politoloq vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az