“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan vətəndaşları iyunun 17-də Ermənistan parlamentinin qarşısına toplaşmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, arxiyepiskop hərəkata sadiqliyini sübut etmiş siyasi qüvvələrlə görüşlər keçirmək niyyətindədir.
“Parlamentdə növbədənkənar iclas keçiriləcək və orada deputatlar hökumətin istefası tələbinə baxacaqlar. Hökumətin “Mülki Müqavilə” fraksiyası artıq onun iflasa uğrayacağını bəyan edib. Qələbə əldə etmək üçün bizə yenidən bölüşdürmə və strategiya dəyişikliyi lazımdır”, – deyə Qalstanyan vurğulayıb.
Xatırladaq ki, Alen Simonyan parlamentin iyunun 17-də növbədənkənar iclasının keçirilməsi haqqında qərar imzalayıb. O, Milli Assambleyanın hökumətin istefasını tələb edən gündəliyinə baxacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az














