Keşiş Zəngəzura səfərinin səbəbini açıqladı

“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan Sünik bölgəsinə (Zəngəzur) səfər etmək niyyətinin səbəblərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Qalstanyan və tərəfdarları iyunun 28-də Sünikə (Zəngəzur) yola düşəcəklər.

Qalstanyan Meğri, Qafan, Gorus və Sisianı ziyarət etməyi planlaşdırdığını söyləyib. Onun sözlərinə görə, Sünik (Zəngəzur) bölgəsinə səfər yerli əhali ilə şəxsi ünsiyyətə və yerlərdə vəziyyəti başa düşməyə imkan verəcək.

Qalstanyan həmçinin iyulun 3-də bütün siyasi qüvvələrlə görüş elan edib. Söhbət hərəkata dəstək verən qüvvələrdən gedir. Onlara hesabat və ümumi konsepsiya təqdim olunacaq. Bundan sonra siyasi şura formalaşacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) bölgəsinə səfər edib. O, sərhədyanı rayonların sakinləri ilə Azərbaycanla sərhədin delimitasiyası məsələsini müzakirə edib və “Vətən naminə Tavuş” hərəkatının delimitasiya ilə bağlı tezislərini “saxta gündəm” adlandırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az