“Dövlətin süqutunun qarşısını almaq üçün mübarizə aparırıq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

“Ədalət və həqiqət, bu iki dəyər bütün ictimai həyatın əsasını təşkil edir. Lakin bu dəyərlərin hər ikisi bu gün ölkəmizdə işləmir. Bütün dövrlərdə qanunlar xalqa xidmət, xalqı qorumaq üçün yaradılıb, əksinə deyil. Amma biz insanların həyatını dözülməz edən yalan və qanunsuzluq şəraitində yaşayırıq. Bu, ölkənin və dövlətin dağılmasına gətirib çıxarır. Mübarizə məhz dövlətin son süqutunun qarşısını almaq üçün aparılır”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: