Keşiş çağırış etdi: “Son gün olacaq”

“Sizin varlığınız çox şeyi dəyişə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan deyib.

Qalstanyan vətəndaşları iyunun 12-də Baqramyan prospektinə toplaşmağa çağırıb.

“Şəhərin müxtəlif yerlərində aksiyalar keçirəcəyik. Fasiləsiz aksiyaların son günü olacaq. Ona görə də insanların bu dəqiqə Baqramyan prospektində olması vacibdir. Polis artıq parlament binasına tikanlı məftillər və su şırnaqları gətirib. İyunun 12-si bizim üçün ən vacib gündür. Hər kəsə deyin ki, öz işlərini bir kənara qoysun. Biz indikindən 10 dəfə çox olmalıyıq”, – Qalstanyan bildirib.

Keşiş gecəni İrəvanın Baqramyan prospektində qalacaqlarını açıqlayıb.

“Biz çadırlar quraraq burada qalacağıq”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az